Görüş 1:1 hesablı bərabərliklə başa çatıb
Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb. AYNA xəbər verir ki, görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub.
Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.
Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb.
Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.