İngiltərə çempionatında "Çelsi" "Tottenhem"ə qalib gəlib

İdman

05.02.2021 - 06:48

Növbəti turda fevralın 7-də "Çelsi" səfərdə "Şeffild Yunayted"la oynayacaq

 

İngiltərə Futbol Çempionatının 22-ci tur oyununda "Çelsi" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

 

AYNA-nın məlumatına görə, London derbisində penaltidən yeganə qolu 24-cü dəqiqədə Jorjinyo vurub.

 

"Çelsi" 22 matçda 36 xal yığaraq ölkə premyer liqası cədvəlində altıncı,"Tottenhem" isə turnirdə ardıcıl üçüncü matçını uduzaraq 21 görüşdən 33 topladığı xalla səkkizinci yerdədir.

 

Növbəti turda fevralın 7-də "Çelsi" səfərdə "Şeffild Yunayted"la oynayacaq, "Tottenhem" həmin gün "Vest Bromviç"i qəbul edəcək.

Müəllif: Ayna.az