İranın raket sistemlərinə və hava hücumundan müdafiə vasitələrinə, SEPAH-ın kiçik sürət gəmilərinə bir neçə zərbə endirilib
ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə zərbələr endirib. AYNA.AZ xəbər verir ki, “Axios” əməkdaşı Barak Ravid bu barədə “X” sosial media platformasında adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Ravid yazıb: "ABŞ ordusu Hörmüz boğazı ətrafındakı bir neçə nöqtədə İranın raket sistemlərinə və hava hücumundan müdafiə vasitələrinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiçik sürət gəmilərinə bir neçə zərbə endirib".