Avtomobilin vurduğu piyada ölüb
İsmayıllıda insan tələfatı ilə nəticələnən qəza baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.