Bakıda polis əməkdaşını bıçaqladılar

Hadisə

11.09.2019 - 21:42

Həkimlər Klinikalar SEO Xidməti

 

Asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb

 

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub. AYNA oxu.az-a istinadən xəbər verir ki, insident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

 

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü polis kapitanı Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.  

 

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Müəllif: Ayna.az