İsmayıllı istiqamətində yüzdən çox avtomobil yolda qalıb

Xəbərlər

20.01.2022 - 11:56

Avtomobillərin hərəkəti məhdudlaşdırıldığından insanlar piyada getməli olurlar.

İsmayıllı rayonuna yağan güclü qar səbəbindən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

AYNA APA-ya istinadən bildirir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda hərəkəti iflic edib, 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar. Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür.

Qeyd edək ki, bir neçə gün öncə də qarlı və dumanlı hava şəraiti ucbatından İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında avtomobillərin hərəkəti iflic olmuşdu.

Qar səbəbindən 50-dən çox avtomobil yollarda qalmış, sərnişinlər xeyli yolu piyada getməli olmuşdular.

 

Müəllif: Ayna.az