İşğalı sona çatdırmaq, yoxsa regional müharibə təhlükəsi – <font color=red> Nəzərlər Qarabağda</font>

Aktual

04.11.2020 - 10:20

“Rusiya müdaxilə edərsə, bu, böyük bir regional müharibənin başlamasına gətirib çıxara bilər”

 

Hamı bilir ki, Qarabağda döyüşlər başlayandan bəri Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında bir neçə görüş keçirilib. Sonuncu belə danışıqlar ötən cümə günü Cenevrədə baş tutdu. Orada ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer), nazirlərlə həm ayrıca, həm də birlikdə görüşdülər. Görüşdən sonra tərəflər təcili olaraq bir sıra addımlar atmağa razı oldular:

 

- tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya hərbi olmayan obyektləri hədəf almayacaqlar;

- tərəflər BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə kömək üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki meyitlərin yığılması və mübadiləsində fəal iştirak edəcəklər;

- tərəflər bir həftə ərzində BQXK-ya və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə görüş və mümkün mübadiləni təmin etmək üçün hazırda saxlanılan əsirlərin siyahısını təqdim edəcəklər;

- tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsinin mümkün mexanizmləri ilə bağlı şərh və suallarını yazılı şəkildə təqdim edəcəklər.

 

Görəsən, bu nəticələr necə qiymətləndirilə bilər? Cenevrədəki bu danışıqları, ümumiyyətlə təsirli adlandırmaq olarmı?

 

İkinci məqam: Ermənistan Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək, burada Dağlıq Qarabağdakı vəziyyəti ətraflı təsvir etdi və iki ölkə arasındakı münasibətlərin müttəfiqliyini nəzərə alaraq, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün dəstək formasını təyin etməsini xahiş etdi. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Baş Nazir hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşması və Ermənistan Respublikası ərazisinə təhdidlərin olmasını nəzərə alaraq, müttəfiq münasibətlərini əsas götürərək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, 29 Avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin 2-ci maddəsinə əsaslanaraq, Rusiya Federasiyasının Ermənistana göstərə biləcəyi dəstəyin forma və dərəcəsini təyin etmək üçün dərhal məsləhətləşmələrə başlamaq istəyini ifadə etdi”, - məlumatda deyilir.

 

Moskvanın cavabı özünü çox gözlətmədi, amma nədənsə, Putinin özü (və ya heç olmasa, mətbuat katibi) deyil, Rusiya Xarici İşlər Nazirliyi Paşinyanın Rusiya Prezidentinə müraciətinə reaksiya verdi. Rusiya Xarici İşlər Nazirliyinin saytındakı cavabda deyilir ki, Rusiya ilə Ermənistan arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinə uyğun olaraq, toqquşmalar birbaşa Ermənistan ərazisinə keçirilərsə, Moskva İrəvana bütün lazımi köməkliyi göstərəcək.

 

Moskvanın belə bir cavabı nə deməkdir və ondan hansı nəticələrə gəlmək olar? Tanınmış mütəxəssislər bu mövzuda fikirlərini AYNA ilə bölüşüblər.

 

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov (Moskva):

Mixail Neyjmakov: 2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da  möhkəmlənib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Münaqişə tərəflərinin açıqlamalarına görə, Qarabağ ətrafında hərbi əməliyyatlar hələ də davam edir - bu, Cenevrədəki danışıqların effektivliyini şübhə altına alır. Ancaq ATƏT-in Minsk Qrupu həmsədrləri problemin həllində tez bir nəticə gözləmirdilər. Eyni zamanda, münaqişənin hazırkı silahlı eskalasiyası nə qədər uzun sürsə, həm Bakı, həm də İrəvanın dialoq çərçivəsində ən azı minimum addımlara hazır olduğunu nümayiş etdirmək ehtimalı bir o qədər yüksəkdir.

 

Rusiya tərəfinin Nikol Paşinyanın müraciətinə reaksiyasından danışırıqsa, əslində Rusiya Xarici İşlər Nazirliyi Vladimir Putinin 2020-ci ilin oktyabr ayının əvvəlində təqdim etdiyi mövqeyi təsdiqlədi - o zaman Rusiya Prezidenti “biz hər zaman öhdəliklərimizi yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirəcəyik” dedi və dərhal sonra onun mətbuat katibi Dmitri Peskov “KTMT-dəki öhdəliklərin Qarabağa aid olmadığını” diqqətə çatdırdı.

 

Qeyd edək ki, Rusiya Prezidentinə müraciət edən Nikol Paşinyan, daha sonra “Al-Jazeera”-ya verdiyi müsahibəsində “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçidir və statusuna görə müəyyən bitərəfliyini qorumalıdır” dedi. Bundan belə anlamaq mümkündü: İrəvan qısa müddətdə Moskvanın Qarabağdakı hərbi əməliyyatlara görə Bakıya təzyiqləri əsaslı şəkildə gücləndirə biləcəyinə əmin deyil.

 

Eyni zamanda, Ermənistan Baş Naziri üçün nəinki Rusiya tərəfi ilə qapalı məsləhətləşmələr aparmaq, həm də vaxtaşırı öz vətəndaşlarına bu cür addımların atıldığını nümayiş etdirmək vacibdir. Üstəlik, Nikol Paşinyanın Vladimir Putinə müraciəti ilə praktik olaraq eyni vaxtda Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın eyni mövzuda dialoq aparmaq üçün Moskvaya getmək niyyəti barədə bir açıqlama ortaya çıxdı. Ermənistan hökuməti bu hərəkətlə həmrəyliyini açıq şəkildə ifadə etdi - Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın keçmiş prezidentlərin bu cür planlarını elan etməsi əbəs yerə deyildi. Ancaq Ermənistanda Paşinyan hakimiyyətdə olmasaydı, Rusiyanın vəziyyətə nə qədər genişmiqyaslı müdaxiləsi olacağı ilə bağlı müzakirələr aparılır – bu faktor Ermənistanın hazırkı hökumət başçısı və komandasının nümayəndələrini Moskva ilə dialoq qurmaq üçün daha fəal ictimai səylərə sövq edəcək”.

 

Politoloq, şərqşünas Zərdüşt Əlizadə (Bakı):

Zərdüşt Əlizadə: “Müxalifət guruldayır, amma “yağa” bilmir”

“Cenevrə razılaşmalarını müsbət qiymətləndirirəm, çünki tərəflərin beynəlxalq hüququn tələblərini yerinə yetirməsi istiqamətində bir addımdır. Paşinyanın Putinə müraciəti isə Moskvanın təlimatlarının yerinə yetirilməsidir - bu, Kremlə geniş manevr imkanları verir.

 

Döyüş meydanında qazanılan nəticələrlə Azərbaycan və Türkiyə siyasi sahədə gələcək sövdələşmə üçün ehtiyatlar topladıqca, Rusiya da kartlarını açmağa başlamaq üçün zəmin hazırlayır. Və həmin kartları da Ermənistanın köməyi ilə hazırlamağa başladı.

 

Ancaq bütövlükdə bu kampaniya məni həqiqətən qayğılandırmır, çünki buna qarşı Ərdoğanın əvvəlcədən elan edilmiş bir kartı var. Hesab edirəm ki, bu kart Vaşinqtonun dəstəyidir. Bu dəstəyin olduğunu Rusiyada da anlamamış deyillər.

 

İndi bir yarış gedir: kim daha sürətli olacaq - Azərbaycan Ordusu Şuşanı daha əvvəl azad edəcək, yoxsa Rusiya münaqişəyə Ermənistandakı “məhdud rus qoşun kontingenti” ilə müdaxilə etməyə başlayacaq? Sonuncu baş verərsə, bu, böyük bir regional müharibənin başlamasına gətirib çıxara bilər. Bu müharibədən nə Ermənistan, nə də Azərbaycan qazanacaq. O zaman heç kimin Qarabağ yadına belə, düşməyəcək”.

Müəllif: Rauf Orucov