İrəvanda güclü yanğın: “Shopping City”nin altı pavilyonu yanıb

Dünya

17.05.2024 - 13:21

Yanğının söndürülməsi dörd saat çəkib.

Bu gecə İrəvanda Arşakunyats 17 ünvanında yerləşən “Shopping City” ticarət mərkəzində güclü yanğın baş verib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinə yanğın siqnalı saat 03:51-də daxil olub. Hadisə yerinə 10 yanğınsöndürmə briqadası, FHN-in əməliyyat dəstələri cəlb olunub.

İlkin məlumatlara görə, yanğın təxminən 1000 kvadratmetr ərazini əhatə edib, altı alış-veriş pavilyonu tamamilə məhv olub. Yaxınlıqdakı digər ticarət obyektlərinə də ciddi ziyan dəyib.

Yanğın saat 06:42-də lokallaşdırılıb, saat 07:11-də tam söndürülüb.

Müəllif: Ayna.az