“İrəvan ilə Xankəndi arasında silahlı qarşıdurma ola bilər”

Siyasət

26.09.2019 - 10:10

Və ya Paşinyanın “şıltaqlığı” Ermənistanda ciddi qarşıdurmalara zəmin yaradır

 

Nikol Paşinyan hakimiyyətə gəldikdən bəri Ermənistanda daxili siyasi gərginlik, bir gün də olsun aradan qalxmayıb. Bu yaxınlarda Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanı vəzifəsindən azad etdi. Sonuncu, yerli mediaya verdiyi müsahibədə "Kimin və ya nəyin zibil qutusunda olacağını zaman göstərəcək" dedi.

 

Narazı Paşinyan artıq erməni kilsəsi ilə ziddiyyətdədir. Ermənistandakı kilsənin erməni siyasətinin konfiqurasiyasında xüsusi yeri və təsiri var. Paşinyan və II Garegin arasındakı münaqişə ona çox baha başa gələ bilər.

 

Milli Məclisin deputatı Rasim Musabəyov AYNA-ya şərhində Ermənistandakı daxili siyasi böhranın daha da dərinləşəcəyini söyləyib: “Ermənistanın regional layihələrdən təcrid olunmasına səbəb olan uyğunsuz siyasət həm obyektiv, həm də subyektiv hal kimi əsaslandırılıb. Ölkəni bir həvəskar idarə edir, eyni zamanda özünə güvənir və nə deyirsə, onu da edir, hər şeyin doğru olduğuna inanır, hər şeyin sonuna qədər həqiqət olduğu düşünür. Baxmayaraq ki, bu, belə deyil. Paşinyanla Ermənistan cəmiyyəti və onun çevrəsi arasındakı münaqişə daha da dərinləşəcək və bu gün biz Ermənistanda yalançı inqilabi artımın bitməsinin başlandığının şahidi oluruq”.

Nicat Hacıyev