Terrorçular "Pəncə-Kilid" əməliyyatı zonasında zərərsizləşdiriliblər
Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 7 silahlısını zərərsizləşdirib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, terrorçular "Pəncə-Kilid" anti-terror əməliyyatı zonasında zərərsizləşdiriliblər.
Qeyd edək ki, "Pəncə-Kilid" anti-terror əməliyyatı aprelin 17-də başlayıb və İraqın 3 rayonunda həyata keçirilir.