İrandan ölkəmizə narkotik keçirməyə cəhd: dəstə üzvləri tutulub 

Xəbərlər

07.03.2023 - 17:02

cedabet dərman SEO Xidməti

83 kiloqram uyuşdurucunun Azərbaycana keçirilməsinin qarşısı alınıb

Martın 5-də saat 23:45-də Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində “Honda” markalı, 44-BV-887 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. 

Araşdırma zamanı saxlanılan şəxslərin Şəki rayon sakinləri 1985-ci il təvəllüdlü Əliyev Famil Səfər oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Elçin Ramiz oğlu olmaları müəyyən edilmiş, avtomobilə baxış keçirilərkən bağlamalarda ümumi çəkisi 83 kiloqram narkotik vasitəyə bənzər maddə (69 kiloqram marixuana, 14 kiloqram tiryək və metamfetamin) aşkar olunmuşdur.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş