İranda saxta içkidən kütləvi zəhərlənmə baş verib

Dünya

03.05.2022 - 03:25

Həkimlər Klinikalar SEO Xidməti

Zəhərlənən şəxslərdən 5 nəfərin öldüyü bildirilir

İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən 48 nəfər zəhərlənib.

AYNA xəbər verir ki, bununla bağlı Hörmüzqan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fatma Nevruziyan açıqlama yayıb.

O bildirib ki, zəhərlənənlərdən 5-i ölüb, 11 nəfərinin vəziyyəti ağırdır, 3 nəfər isə görmə qabiliyyətini itirib.

Bəndər Abbas şəhər polis rəisi Timur Dövlətyari şəhərdə spirtli içkidən zəhərlənməyə səbəb olan saxta içki istehsal edən şəxslərin müəyyənləşdirildiyini və indiyədək 8 nəfərin nəzarətə alındığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş