İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 168 nəfər ölüb.
AYNA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 138 116 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 6 426 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 096 318 nəfərə çatıb.