80 nəfərin dağıntılar altında qaldığı təxmin edilir
İranın Xuzistan əyalətinin Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. AYNA-nın xarici mediaya istinadən məlumatına görə, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.
Yaralılar xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.
Axtarışlar davam etdirilir.