İranda 4 nəfər “Mossad”a “işlədiyi” ittihamı ilə edam olunub

Dünya

29.12.2023 - 13:32

cedabet dərman SEO Xidməti

Onların İsrail kəşfiyyat xidmətinin əmri ilə güc orqanları əməkdaşlarının evlərini və avtomobillərini yandırmaqda günahlandırılırlar

İranda dörd nəfər İsrail kəşfiyyat xidməti “Mossad”a “işlədiyi” iddiası ilə edam olunub. AYNA xəbər verir ki, bu barədə “Mizan”ın məlumatında qeyd edilib.

Məhkəmə qərarında bildirilib ki, Vəfa Xenare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazi pul mükafatı üçün İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və avtomobillərini yandırıblar. Qeyd olunur ki, onlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar.

İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə on nəfərin həbs edildiyi vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş