"İki ölkə rəhbərlərinin sayıqlığı düşmənlərin öz məqsədlərinə çatmasına mane olub”
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Araz çayı vadisində təlimləri qrafikə uyğun keçirilir. Azərbaycan tərəfi təlimlərlə bağlı əvvəlcədən rəsmi şəkildə xəbərdar edilib. AYNA xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada qeyd edilib.
Səfirlik xatırladıb ki, Azərbaycan və İran hərbi rəhbərliyi təlimlərlə bağlı müzakirələr aparıblar və başlanmış təlimlər çərçivəsində əməkdaşlıq baxımından bəzi təkliflər verilib.
“Dost və qardaş ölkələr olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər həmişə düşmənlərin geniş təbliğat obyekti olub. Lakin iki ölkə rəhbərlərinin sayıqlığı düşmənlərin öz məqsədlərinə çatmasına mane olub”, - bəyanatda vurğulanıb.