İran Prezidenti seçkilərin ikinci turunda müəyyənləşəcək

Dünya

29.06.2024 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

Nə Pezeşkiyanın, nə də Cəlilinin topladığı səs 50 faizi keçmədi

İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin sayılması prosesi yekunlaşıb. AYNA İran mediasına istinadən bildirir ki, nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili öndədirlər.

Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin bildirib ki, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb.

Pezeşkiyan 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.

Müəllif: Ayna.az