İran İsrailin PUA hücumu ilə bağlı araşdırma aparır

Dünya

29.01.2023 - 18:32

“Partlayışların səbəblərinin araşdırılması gündəmdədir”

İran İslam Respublikasının hakimiyyət orqanları İsrailin pilotsuz uçuş aparatlarının (PUA) İran Müdafiə Nazirliyinin obyektlərinə hücumunun şəraitini araşdırmağa başlayıb. AYNA xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi yazır.

“Partlayışların səbəblərinin araşdırılması gündəmdədir. Nəticələr tezliklə açıqlanacaq”, - İsfahan meri Əli Qasəmzadə bildirib.

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İsrail PUA-ları İranın İsfahan şəhərindəki sursat zavodunun anbarına, həmçinin İranın “Şahed-136” və “Mohajer-6” pilotsuz təyyarələrini istehsal edən fabriklərə hücum edib.

Müəllif: Ayna.az