İran İsrailin mümkün zərbəsinə cavab hazırlayıb

Dünya

12.06.2025 - 12:38

cedabet dərman SEO Xidməti

İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə dərhal əks-hücumu nəzərdə tutan cavab planı hazırlayıb

İran ordusu və hökumət rəsmiləri İsrailin mümkün hücumuna cavab tədbirlərini müzakirə ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə yəhudi dövlətinin ərazisinə dərhal əks-hücumu nəzərdə tutan cavab planı hazırlayıb.

CBS telekanalı daha əvvəl xəbər verib ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat alıblar. “Axios” portalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş