İordaniyada kilsəyə silahlı hücum olub

Dünya

25.10.2026 - 09:26

Hücum nəticəsində ölənlərin sayı 9-a çatıb

İordaniyanın cənubunda yerləşən Kərak əyalətində kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İordaniyanın səhiyyə naziri İbrahim əl-Bədura məlumat yayıb.

Nazirin sözlərinə görə, yaralılardan daha iki nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 9-a yüksəlib. Daha 25 nəfərin xəstəxanalarda müalicəsi davam edir.

Qeyd edək ki, oktyabrın 23-də silahlı şəxslər Kərak əyalətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı atəş açıblar.

Hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş