“İnteraktiv Əlifba”nı digər əlifbadan nə fərqləndirir? – Müəllifdən CAVAB

Xəbərlər

28.02.2023 - 16:32

cedabet dərman SEO Xidməti

Ülviyyə Əhmədova: ““İnteraktiv Əlifba”nın ənənəvi əlifbadan fərqi onun interaktiv lövhə proqramında rəqəmsal formatda yaradılmasıdır”

Bakı məktəblərində ibtidai sinif müəllimləri üçün Azərbaycan dilində yeni “İnteraktiv Əlifba” tədris vəsaitinin dərsdə tətbiqi artıq bir neçə ildir ki davam edir. Vəsaitin müəllifi, “Smart Technologies” şirkətinin direktoru Ülviyyə Əhmədova AYNA-ya “İnteraktiv Əlifba”,  həmçinin, digər  vəsaitlər - “İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” haqqında danışıb.

Əhmədova “İnteraktiv Əlifba”nı digər əlifbalardan fərqləndirən xüsusiyyət barədə danışarkən deyib ki, “İnteraktiv Əlifba”, “İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” vəsaitlər  üzrə layihəmiz 2020-ci ildə yüksək ballarla qiymətləndirilərək AR Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olub: “2020- ci ildən etibarən günümüzə kimi həmin vəsaitlərdən birini - “İnteraktiv Əlifba” vəsaitini müvafiq təlimlərdən keçən Bakı məktəblərinin müəllimləri tədrisdə tətbiq edir”.

“Təbii ki, istənilən əlifba, ilk növbədə, oxumağı öyrətməyə, səs və hərfləri, sait və samitləri fərqləndirməyə, sözləri hecalara ayırmağa xidmət edir. Bu mənada “İnteraktiv Əlifba”nın ənənəvi əlifbadan fərqi onun interaktiv lövhə proqramında rəqəmsal formatda yaradılmasıdır. Bununla belə, yeniliklərə gəldikdə, “İnteraktiv Əlifba” hazırlanarkən bir neçə məsələyə xüsusi diqqət yetirilib. Onlardan biri uşaq üçün maraqlı, aktual tədris materialı vasitəsilə onun təfəkkür bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Dilimizdə tək bir sözlə ifadə olunan təfəkkür anlayışı, əslində, geniş bir prosesdir, bir neçə əqli əməliyyatdan ibarətdir. Qeyd edək ki, şagirddə təfəkkür bacarıqlarının inkişaf etdirilməsi əqli əməliyyatlara dair xüsusi tədris materiallarının tətbiqi ilə mümkündür. “İnteraktiv Əlifba”da bunun üçün gözəl zəmin yaradılıb ki, uşaq əyləncəli oyun şəklində hazırlanmış tapşırıqlar üzərində çalışarkən müstəqil düşünməyi öyrənsin”, - deyə müəllif qeyd edib.

Onun sözlərinə görə, vəsaitin məzmununu düşünərkən qarşılarına aydın məqsəd qoyublar: hazırladığımız tapşırıqlar oxumağı öyrətməklə yanaşı, uşaqda müəyyən əqli qabiliyyətləri inkişaf etdirməlidir: “Çünki məktəbin əsl vəzifəsi, “bilik” adlandırdığımız məlumatları əzbərlətməkdən və mexaniki surətdə yadda saxlamaqdan ibarət deyil. Vəzifə uşaqda təfəkkür bacarıqlarını sistemli şəkildə formalaşdırmaqdan və inkişaf etdirməkdən ibarətdir. Nəticədə əldə edilən biliklər uşağın şüurunda pərakəndə deyil, müxtəlif qarşılıqlı əlaqələri olan vahid bir sistem kimi qavranılıb mənimsənilsin. Əlifbanın yaradılması prosesində üzərində işlədiyimiz ikinci məsələ isə uşağa kiçik yaşlarından düşüncə bacarıqları ilə yanaşı, öz fikirlərini ana dilində sərbəst, aydın, səlis ifadə etməyi öyrətməkdir. Bu da başqa bir məsələnin həlli ilə - övladlarımızın söz ehtiyatının və bütövlükdə dilimizin söz xəzinəsinin zənginləşdirilməsi ilə şərtlənir”.

““İnteraktiv Əlifba” ilk öncə interaktiv rəqəmsal tədris resursu olaraq dərsdə elektron lövhədə tətbiq edilməsi üçün xüsusi proqramda hazırlanmışdır. Eyni zamanda, müəllimlərin və valideynlərin tələbatını nəzərə alaraq, əlifba kitab şəklində də nəşr edilib”, - deyə Əhmədova qeyd edib.

Müəllif “İnteraktiv Əlifba” ilə yanaşı, “İnteraktiv Riyaziyyat” və “İnteraktiv Məntiq” vəsaitləri üzrə layihəmiz IV Qrant müsabiqəsinin qalibi olduğunu söyləyib: “Müəyyən səbəblərə görə həmin qalib layihəni qismən icra etməli olduq – adı çəkilən tədris vəsaitlərindən yalnız “İnteraktiv Əlifba”nın məktəblərdə tətbiqi həyata keçirilib. Digər iki vəsaitlər və müvafiq təlimlər üzrə layihələr 2020 –ci ildə icra edilmədiyinə görə təkrarən növbəti 2021 və 2022-ci illərdə V və VI qrant müsabiqələrinə təqdim edilib”.

“Layihələrimiz yeni təhsil standartlarına dair təhsilalanlarda təfəkkür bacarıqlarının formalaşması və inkişafı, dərsliklərin təkmilləşdirilməsi, dövlət məzmun standartlarına müvafiq təlim nəticələri üzrə qiymətləndirmə vasitələrinin hazırlanması, ümumilikdə təhsilin inkişafına yönəlmiş digər bu kimi məsələləri əhatə edir”, - deyə müəllif fikrini tamamlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş