İndoneziya sahillərində 5,2 maqnitudada zəlzələ olub

Dünya

01.07.2024 - 00:19

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələnin ocağı 25 km dərinlikdə yerləşib

İndoneziyanın Yava adası sahillərində 5,2 manqitudada zəlzələ qeydə alınıb.

AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 247 min insanın yaşadığı Tasikmalaya şəhərindən 271 km cənubda, ocağı 25 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az