Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri qarşılayıb
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
AYNA xəbər verir ki, Gürcüstanın Baş naziri dövlətimizin başçısını qarşılayıb. Sonra rəsmi foto çəkdirilib.