İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində fəal şəkildə çalışıb"

Siyasət

02.03.2023 - 18:48

Azərbaycan Prezidenti Əlcəzairin Baş naziri ilə görüşüb

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu ilin sonunda başa çatacaq, ölkəmiz sədrlik dövründə təşkilatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşündə bildirib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladan dövlət başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.

Müəllif: Ayna.az