İçməli suyun qiyməti qalxacaq? – “Qiymətin aşağı olması...”

İqtisadiyyat

10.03.2023 - 16:59

Etibar Məmmədov: “Azərbaycanda içməli suyunun tariflərinə yenidən baxılması təklif ediləcək”

“Azərbaycanda içməli su maya dəyərindən aşağı satılır”. AYNA xəbər verir ki, bu sözləri “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.

Məmmədov qeyd edib ki, içməli suyun tariflərinə yenidən baxılması üçün təklif ediləcək.

“Qiymətin aşağı olması “Azərsu”nun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf ölkələrinə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar”, - deyə E.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ASC tərəfindən tariflərə gələcəkdə baxılması üçün proqram hazırlanır: “Qiymətlərə Tariflər Şurası baxır. Amma biz tariflərə yenidən baxılması proqramı ilə çıxış etmək istəyirik”.

Müəllif: Ayna.az