İçkili və narkotikin təsiri altında avtomobil idarə edən sürücülər cəzalandırılıblar

Xəbərlər

07.03.2023 - 14:58

cedabet dərman SEO Xidməti

13 sürücü barəsində qanunamüvafiq tədbir görülüb

Ağdaşda narkotik vasitə və spirtli içki qəbul edib avtomobil idarə edən 13 sürücü barəsində qanunamüvafiq tədbir görülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

Ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə edən 4 sürücü saxlanılıb.

Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququnun olmadığı da məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş