Hulusi Akar Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmasından danışıb

Dünya

08.01.2022 - 20:09

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq"

"Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”.

AYNA xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Azərbaycanla ortaq hərbi fəaliyyət davam edir. Ermənistanla sərhəddə atəşkəsə nəzarət üçün ötən il yanvarın 30-dan etibarən Rusiya ilə birlikdə ortaq mərkəz yaradılıb. Ermənistanla Azərbaycan sərhədində atəşkəsin pozulması halları nəzarət altına alınıb:

“Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi verdiyimizi görürük”.

Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə azad olunmuş ərazilərdə mina və əldəqayırma partlayıcı maddələrin təmizlənməsinə çalışdıqlarını qeyd edən Hulusi Akar burada sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirlərinin olacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş