Hövsanda intihar: qadın özünü 10-cu mərtəbədən atıb

Hadisə

21.08.2023 - 04:22

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb

Suraxanı rayonunda intihar hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb.

İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı Rayon Şöbəsinə təhvil verilib. Fakt üzrə araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş