Hörmüz boğazında tanker minaya düşüb

Dünya

20.10.2026 - 15:06

Gəmi boğazdan keçərkən avtomatik identifikasiya sistemini sıradan çıxarıb

Tehranın tranzit qaydalarını pozan neft tankeri Hörmüz boğazında dəniz minasına düşdükdən sonra alovlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın məlumatına görə, gəmi boğazdan keçərkən avtomatik identifikasiya sistemini sıradan çıxarıb və bununla da İranın tranzit qaydalarını pozub.

İran mediası əvvəlki gün Hörmüz boğazının cənub hissəsində minaya dəyən tankerlə bağlı ayrıca bir hadisə barədə məlumat yayıb. SEPAH naviqasiya və identifikasiya sistemlərinin bağlanmasının Hörmüz boğazı və Fars körfəzindən keçən gəmilərə qarşı sərt və qətiyyətli tədbirlər üçün əsas hesab ediləcəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş