Hollandiyanın olimpiya yığmasında zorlamaya görə məhkum olunmuş şəxs var

İdman

28.07.2024 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Stiven van de Veldeni çimərlik voleybolu komandasına daxil etmək qərarı tənqidlərə səbəb olub

Zorlamada təqsirli bilinən holland çimərlik voleybolçusu Stiven van de Velde bu gün Paris Olimpiadasında debüt edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, onun belə bir mötəbər yarışa buraxılması müxtəlif reaksiyalara səbəb olub.

Hollandiya Olimpiya Komitəsinin (MOK) Stiven van de Veldeni çimərlik voleybolu komandasına daxil etmək qərarı tənqidlərə səbəb olub.

2016-cı ildə van de Velde 2014-cü ilin avqustunda 12 yaşlı britaniyalı qızı üç dəfə zorlamaqda təqsirli bilinərək 4 il həbs cəzasına məhkum edilmişdi.

Dörd illik cəzanın cəmi 12 ayını çəkdikdən sonra o, idman karyerasını bərpa etdi və iyun ayında Parisdə yarışmaq üçün Hollandiya Olimpiya komandasına seçildi.

Van de Velde daha əvvəl Hollandiya mətbuatına verdiyi müsahibədə demişdi: “Mən bunu düzəldə bilmərəm, ona görə də nəticələrini çəkməli olacağam. Bu, həyatımın ən böyük səhvi idi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş