Müdafiə Nazirliyi “Caracal” helikopterinin alınması barədə razılığa gəlib
Hollandiya Müdafiə Nazirliyi Avropanın “Airbus” konserni ilə Krallığın ordusunun xüsusi əməliyyat eskadrilyasına 12 çoxməqsədli H225M “Caracal” helikopterinin alınması barədə razılığa gəlib.
AYNA xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Müdafiə Nazirliyi 2030-cu ildən etibarən 12 H225M “Caracal” helikopteri alacaq. Sonuncu təyyarə 2032-ci ildə təhvil veriləcək. Bununla bağlı “Airbus Helicopters” istehsalçısı ilə razılıq əldə olunub. Bu, Parisdə keçirilən dünyanın ən böyük dəniz texnikası sərgisi olan “Euronaval 2024”də baş verib. "Caracal" xüsusi əməliyyatlar üçün təchiz olunub. Təbii ki, onlardan adi quru və dəniz əməliyyatları üçün də istifadə oluna bilər”, - deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, H225M “Caracal” yeni yaradılmış 300-cü Xüsusi Əməliyyatlar Eskadronu üçün əlçatan olacaq və Belçika ilə sərhəd yaxınlığında yerləşən Gilze-Rijen aviabazasında yerləşəcək.
Qeyd olunub ki, yeni döyüş helikopterləri Hollandiya ordusunda xidmətdə olan “Cougar” helikopterlərini əvəz edəcək. Köhnə helikopterlərin istismar müddəti uzadılacaq ki, 2030-cu ilə qədər istifadə olunsun.