Hindistanın şimalında terror aktı törədilib

Dünya

06.03.2022 - 21:03

Həkimlər Klinikalar SEO Xidməti

Terror aktı nəticəsində 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Martın 6-da Şimali birlik ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda törədilən terror aktı nəticəsində bir nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis zabiti məlumat verib ki, ölən kişi 71 yaşındadır, daha bir gənc qadının vəziyyəti isə ağırdır. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş