Hindistanda qatar vaqonunun yanması nəticəsində 9 nəfər həlak olub

Dünya

26.08.2023 - 15:56

cedabet dərman SEO Xidməti

Hələlik cəsədlərin heç birinin şəxsiyyəti müəyyən edilməyib

Hindistanda qatar vaqonunun yanması nəticəsində 9 nəfər həlak olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Hindistanın cənubunda Tamil Nadu ştatında baş verib.

Bildirilir ki, vaqonda sərnişin çay dəmləmək istəyərkən hadisə baş verib.

“Bu, özəl turist operatoru tərəfindən sifariş edilən tək, stasionar bir vaqon idi. Kimsə çay hazırlamağa çalışıb və bu, yanğına səbəb olub. 9 nəfər ölüb, onlardan üçü qadındır. Daha 9 nəfər yaralanıb, lakin onların həyati təhlükəsi yoxdur”, - Madurai bölgəsinin sözçüsü Sali Thalapathi deyib.

O əlavə edib ki, hələlik cəsədlərin heç birinin şəxsiyyəti müəyyən edilməyib.

Yerli KİV-in məlumatına görə, sərnişinlərin qeyri-qanuni istifadə etdiyi qaz balonu partlayışa səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş