Hindistan ordusu ən müasir sualtı minanı sınaqdan keçirib

Dünya

06.05.2025 - 13:05

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Bu, Hindistan Hərbi Dəniz Qüvvələrinin sualtı döyüşlərdə imkanlarını daha da artıracaq”

Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Araşdırma və İnkişaf Təşkilatı çoxməqsədli sualtı dəniz minasını uğurla sınaqdan keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Hindistan Hərbi Dəniz Qüvvələri gizli gəmilərə və sualtı qayıqlara qarşı mübarizə aparmaq üçün Hindistan tərəfindən hazırlanmış ən müasir sualtı dəniz minasının canlı atəşini uğurla həyata keçirib", - məlumatda qeyd olunub.

Nazirlikdən vurğulanıb ki, mina istismara hazırdır.

Hindistanın müdafiə naziri Rajnat Sinq minanın sınağını şərh edərkən, bunun "Hindistan Hərbi Dəniz Qüvvələrinin sualtı döyüşlərdə imkanlarını daha da artıracağını" vurğulayıb.

Hindistan birliyinin Cammu və Kəşmir ərazisində terror aktından sonra Pakistanla gərginliyin artması fonunda Yeni Dehli dənizdə, havada və quruda bir sıra hərbi sınaqlar həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş