Heyvan kəsimi məntəqələrində monitorinq

Xəbərlər

06.12.2022 - 17:44

Qanunsuz kəsim məntəqələri ilə əlaqədar tədbirlər görülüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, dekabrın 2-dən 5-dək respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı və Şirvan şəhərləri, Goranboy və Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 22 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb, 17 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3646 linkdə tanış olmaq olar.

Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətlə məşğul olmamağa çağırır.

Müəllif: Ayna.az