Hərbi helikopterlərimiz havaya qalxdı - VİDEO

Xəbərlər

17.10.2023 - 14:31

cedabet dərman SEO Xidməti

Təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş