Hərbi Dəniz Qüvvələrinin komandan müavini həlak olub

Dünya

09.05.2022 - 21:36

Helikopterinin Rusiya qırıcısı tərəfindən havada vurulduğu deyib

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandan müavini, aviasiya polkovniki İqor Bedzay hərbi tapşırığın icrası zamanı həlak olub. AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sağ qayıt” fondunun direktoru Taras Çmut açıqlama verib.

O, Bedzayın da göyərtəsində olduğu Mi-14 helikopterinin Rusiya qırıcısı tərəfindən havada vurulduğunu söyləyib.

Müəllif: Ayna.az