Hərbçimiz Kəlbəcərdə minaya düşüb

Hadisə

02.01.2022 - 23:48

Əəsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az