HƏMAS-ın komandir müavini zərərsizləşdirilib

Dünya

27.03.2024 - 10:51

İsrail Müdafiə Qüvvələri Mərvan İsanı hava zərbəsi nəticəsində öldürüb

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanı hava zərbəsi nəticəsində öldürüb. AYNA “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqari bildirib.

Qeyd olunub ki, bu, İsrailin bu ayın əvvəlində Qəzza zolağının mərkəzi hissəsində həyata keçirdiyi hava hücumu nəticəsində yaraqlının məhv edilməsinin rəsmi təsdiqidir.

Həqarinin sözlərinə görə, HƏMAS-ın yüksək rütbəli komandiri Qaze Əbu Tamaa İsa ilə birlikdə martın 10-da Nuseyratda keçirilən zərbədə öldürülüb.

ABŞ daha əvvəl İsanın zərbə nəticəsində öldüyünü açıqlamışdı.

Müəllif: Ayna.az