Fələstin hərəkatı hələ də sağ olan girovların siyahısını təqdim etmədiyi üçün İsrail də danışıqlardan imtina edib
Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-ın təklif etdiyi İsraillə əsir və girovların dəyişdirilməsi formulunu rədd edib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, 40 israilli girovun İsrail həbsxanalarından yüzlərlə fələstinli əsirlər dəyişdirilməsi planlaşdırılırdı.
Bildirilir ki, formula əsasən, müxtəlif sayda əsir müxtəlif kateqoriyalardan olan girovlarla dəyişdirilir.
Öz növbəsində, Fələstin hərəkatı hələ də sağ olan girovların siyahısını təqdim etmədiyi üçün İsrail danışıqlardan imtina edib.