Həkimlərin sertifikasiya imtahanları bərpa edilir

Xəbərlər

06.01.2023 - 17:44

cedabet dərman SEO Xidməti

Yeni imtahan tarixləri və imtahana buraxılış vərəqələri təkrar göndəriləcək

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahana buraxılış vərəqələri yanvar ayının 9-da təkrar göndəriləcək.

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş