Həkimlərin sertifikasiya imtahanı təxirə salınıb

Xəbərlər

26.12.2022 - 17:05

cedabet dərman SEO Xidməti

“Texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır”

Səhiyyə Nazirliyi 2023-cü il yanvarın 10-a qədər sertifikasiya imtahanından keçməli olan həkimlərə müraciət edib.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, Səhiyyə Nazirliyinin sertifikasiya imtahanında iştirak edən həkimlərin sənədlərinin qeydiyyatı prosesində texniki nasazlıq yaranıb.

Qeyd edilib ki, bununla əlaqədar imtahanların keçirilməsi müvəqqəti təxirə salınıb: “Yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində hazırda müvafiq texniki heyət tərəfindən işlər aparılır. Sənədlərin qəbulu və imtahan prosesi yanvarın 10-dan sonra davam edəcək. Bu barədə sertifikasiya imtahanından keçməli olan həkimlərə əlavə məlumat veriləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş