Həkimə və jurnalistə AY Partiyada vəzifə verildi

Xəbərlər

09.09.2022 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Vasif İsmayıl müavin, İlhamə Rəsul müşavir təyin olunub

Azərbaycan Yüksəliş Partiyasında (AY) struktur dəyişikliyindən sonra bir sıra təyinatlar həyata keçirilib. Bu barədə AYNA-ya təşkilatdan bildirilib. 

Qeyd edilib ki, AY Partiya başqanı Anar Əsədlinin müvafiq sərəncamlarına əsasən, ictimai xadim, tibb üzrə fəlsəfə doktoru, uzman həkim Vasif İsmayıl başqanın Beynəlxalq məsələlər üzrə müavini, jurnalist İlhamə Rəsul isə Media məsələləri üzrə müşavir təyin edilib. Gənc aktivist, proqram təminatı mütəxəssisi Fuad Gülməmmədov isə gənclər təşkilatının sədri təyin olunub. 

Bundan başqa, AY Partiya strukturunda aparılan islahatlardan sonra Aqil Dadaşzadə İcra Aparatının rəhbəri, Gülşən Hacıyeva başqanın İnsan haqları və QHT-lər üzrə müavini, Sevinc Fədai Humanitar, ailə və uşaq məsələləri üzrə müavini vəzifəsinə, Rəşad Bakuvi isə İqtisadi məsələlər üzrə müavini postundan azad edilərək, Siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.

Həkimə və jurnalistə AY Partiyada vəzifə verildi Həkimə və jurnalistə AY Partiyada vəzifə verildi
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş