Həftəsonu 644 nəfər toy şənliklərinə buraxılmayıb

Xəbərlər

15.11.2021 - 10:53

Həkimlər Klinikalar SEO Xidməti

181 toy şənliyinin monitorinqi aparılıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 13-14-də Bakıda və respublikanın digər ərazilərində 181 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 149 şadlıq sarayında, 32 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 38 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 644 nəfər toy şənliklərinə buraxılmayıb.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş