Həbsxanada insident: müttəhimlər polkovnik və inspektoru girov götürüblər

Dünya

16.06.2024 - 10:50

Həkimlər Klinikalar SEO Xidməti

Rostov İstintaq Təcridxanasında altı təqsirləndirilən şəxs kameradakı pəncərə barmaqlıqlarını qırıb, növbətçi otağa daxil olub

Rostovdakı istintaq təcridxanasında altı müttəhim kamerada pəncərə barmaqlıqlarını qıraraq iki nəfəri girov götürüb, növbətçi otağa daxil olublar. AYNA xəbər verir ki, hadisənin təfərrüatlarını “Baza” “Telegram” kanalı yayıb.

Nəşrin məlumatına görə, cinayətkarlar arasında artıq “terrorçuluq” ittihamı ilə məhkum olunmuş bir neçə nəfər də var.

Məlumata görə, əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektoru girovluqdadır.

Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri Dmitri Bezrukix, həmçinin qarşılıqlı fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri hadisə yerinə gəliblər.

Müəllif: Ayna.az