Həbsdə olan şəxsin evində narkotik aşkarlanıb

Xəbərlər

15.11.2022 - 17:49

cedabet dərman SEO Xidməti

Marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib

Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.

Penitensiar Xidmətdən AYNA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3 (qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evinə baxış keçirilib.

Baxış zamanı evdə gizlədilmiş ümumi çəkisi 500 qram olan narkotik vasitə - marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş