Hava şəraiti dəyişəcək: güclü külək əsəcək, yağış yağacaq

Xəbərlər

18.05.2022 - 20:35

Həkimlər Klinikalar SEO Xidməti

Çaylarda sululuğun artacağı ehtimal var

Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 15-20 m/san, bəzi yerlərdə arabir 28-33 m/san olacaq.

Çaylarda sululuğun artacağı ehtimal var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş