“İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına inanırsa, səhv edir”
Fələstinin radikal HAMAS hərəkatı Siyasi Büronun rəhbəri Yəhya Sinvarın öldüyünü təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə HƏMAS-ın xaricdəki siyasi lideri Bassem Naim deyib.
Naim Yəhya Sinvarın İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar zamanı öldürüldüyünü etiraf edib.
“İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına və bunun Fələstin xalqının mübarizəsinin sonu demək olduğuna inanırsa, səhv edir”, - Naim qeyd edib.