Baş Prokurorluq məlumat yayıb
İlahiyyatçı alim, Məşədi Dadaş məscidinin imamı, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır.
AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Hacı Şahin vəfat edib. İlkin ehtimala görə, ilahiyyatçı ürəktutmadan dünyasını dəyişib.
Xatırladaq ki, Ş.Həsənli ilə bu gün Məşədi Dadaş məscidində vida mərasimi keçirilib. İlahiyyatçı Bakıdakı "Qurd qapısı" məzarlığında dəfn olunub.
Allah rəhmət eləsin!