Yeraltı təkanlar Tianeti regional mərkəzi yaxınlığındakı dağlarda qeydə alınıb
Gürcüstanın şimal-şərqində bu gün iki dəfə zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar paytaxt Tiflisdən təxminən 60 km aralıda, Tianeti regional mərkəzi yaxınlığındakı dağlarda qeydə alınıb.
3,9 bal gücündə ilk zəlzələ saat 04:53-də baş verib. İkincinin zəlzələ 3,8 bal təşkil edib. Bu, saat 09:03-də baş verib.
Ocaqlar müvafiq olaraq 26 və 15 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar paytaxtda hiss olunmayıb.